Menu

Volkswagen Touareg

Yeni nəsil premium yolsuzluq avtomobilini qarşılayın

Onu heç olmasa bir dəfə görsəniz, başqası ilə səhv sala bilməyəcəksiniz. Volkswagen Touareg-in aydın, təmiz xətləri  100%-lik tanınma qabiliyyətini təmin edir. Çoxsaylı innovativ təchizat elementləri, məsələn, aktiv elektromexaniki əyilmə kompensasiyası sistemləri, "IQ. Light" LED matris fənərləri və "Innovision Cockpit" rəqəmsal cihazlar paneli, sadəcə təhlükəsizliyinizi deyil, həmçinin avtomobilin idarə edilməsindən alınan, heç bir şeylə müqayisə oluna bilinməyən həzz yaradır.

IQ Light LED matriks fənərləri heç kəsin gözlərini qamaşdırmır

Özünəməxsus dizayna malik "IQ LED" matriks fənərləri ilə təchiz olunmuş yeni Volkswagen Touareg R-Line bütün diqqətləri öz üzərinə cəlb edəcək. Yaxın və uzaq işığın əsas funksiyalarına əlavə olaraq, matriks texnologiyasının istifadə olunması sayəsində, yoldakı vəziyyətdən asılı olaraq, çoxlu sayda işıqlandırma variantı yaradaraq, sürücü və digər yol hərəkət iştirakçılarına komfort sürüş imkanı yaradır. 

Belə ki, uzaq işıq yanılı vəziyyətdə olarkən hərəkət zamanı qarşıdan gələn və ya eyni istiqamətdə yaxınlaşan bütün nəqliyyat vasitələri videokamera vasitəsilə müəyyən edilir. Ayrıca LED seqmentlərinin avtomatik idarə edilməsi funksiyası uzaq işığı həmişə yanılı vəziyyətdə hərəkət etdirməyə imkan verir, lakin bu zaman digər hərəkət iştirakçılarının gözləri qamaşmır. Yol nişanına yaxınlaşdıqda isə işığı bilavasitə olaraq nişanın üzərinə düşən seqment, avtomobili idarə edən şəxsin gözünün işıqdan qamaşmasının qarşısını almaq üçün söndürüləcək.

Avtomobilin yaşayış məntəqəsində  və ya ondan kənarda getməsindən, günün qaranlıq vaxtında şəhərdən kənar yolda digər nəqliyyat vasitəsini ötüb-ötmədiyindən həmçinin, qarlı havada getməsindən asılı olaraq, "IQ LED" matris fənərlərinin seqmentinin işıqsalma eni, istiqaməti və intensivliyi dəyişir. Yolda istənilən şəraitə uyğunlaşan "Light Matris" texnologiyası yolu daha yaxşı işıqlandırmağa imkan verir, bununla da daha yüksək təhlükəsizlik səviyyəsi və daha sakit, gözqamaşdırıcı və diqqət yayındırıcı əksetmələr olmadan, idarəetmə təmin edilir.

Volkswagen Touareg-in dizaynından heç kəs narazı qalmayacaq

Xüsusilə avtomobil salonunun şəxsi üslubda tərtib olunması üçün olan geniş imkanlar çox xoş təəssürat bağışlayır.

Eksteryer

Tamamilə yeni dizayn

Geniş, güclü və özünəməxsus: Volkswagen Touareg-in bu xüsusiyyətləri artıq ilk baxışdan özünü göstərir. Geniş radiator qəfəsi həmahəng şəkildə əsas işıq fənərlərinə keçir; mərkəzdə yerləşən Volkswagen loqotipindən başlayan xromlanmış zolaqlar isə fənər linzalarının üzərindən keçir. Uzadılmış kapotun təmiz xətləri avtomobilin idman üslublu görünüşünə öz töhfəsini verir.

Arxa hissə bu ideyanı həmahəng şəkildə davam etdirir: qanadların ətraflı şəkildə işlənilmiş konturları və arxa fənərlərin geniş blokları avtomobilinin müasirliyini və proqressivliyini vurğulayır. Arxa hissənin mərkəzində yerləşən Touareg modelinin adı çox gözəl görünür. Avtomobilin tanınan və dinamik obrazı damın kənarındakı qara parıltılı spoylerlə və iri işlənmiş qaz borularının xromlanmış başlıqları ilə tamamlanır. 

Panorama tavanı

Geniş məkan və azadlıq hissi 

Mavi səmalar, parlaq ulduzlar, sonsuz sərbəstlik hissi ... Bütün bunlar əyilmə və sürüşmə hissəli panoramik dam sayəsində. Yalnız bir düyməni basmaqla Volkswagen Touareg avtomobilinizdə günəşdən və təmiz havadan zövq alacaqsınız.

Təkər diskləri

İlhamlandıran dizayn

Volkswagen Touareg üçün təklif olunan, dinamik idmandan klassik zərifə qədər dəyişən təkər diskləri, ən tələbkar sahiblərin ehtiyaclarını ödəyəcək. Disklərin dizaynı, avtomobilin görünüşü ilə mükəmməl şəkildə uyğunlaşır. Beləliklə, heç bir şeylə qarışdırıla bilməyən, xüsusi Volkswagen Touareg obrazı meydana gəlir.

Üslub istiqamətləri və bəzək variantları

Ən çox hansı üslub xoşunuza gəlir? Hisslərinizə güvənin və sizin Volkswagen Touareg üçün Elegance və ya R-Line komplektasiyasıyalarından birini seçin

Elegance üslub istiqaməti

Zərif və axromatik dizayn

Soyuq boz və ya mavi rəng, nəcib qara ilə birləşərək, interyerdə üstünlük təşkil edir. Dekorativ alüminium əlavələr isə, açıq boz rəngdə zolağa malik olan "Vienna" dərisi ilə əla görünür. Möhtəşəm ergoComfort oturacaqları, sürücü və avtomobilin qabaq hissəsində əyləşən sərnişin üçün standart olaraq təklif olunur.

Radiatorun xromla örtülmüş bəzəyi, 21 düymlük təkər diskləri, qapıların alt hissəsinin və yan pəncərələrin çərçivələri xarici hisəssinin xüsusi vurğusuna çevrilir.

Premium stildə dizayn

İsti rənglərin mükəmməl ahəngi

Volkswagen Touareg, zəngin açıq rəngdə olan əlavələrə və Vienna dərisinə görə xüsusi təəsürat yaradır. Bej rəngli dekorativ tikişlər, metal əlavələrlə təchiz olunan qapı qoruyucuları, 21 düymlük təkərlər və xromla örtülmüş kantlar avtomibilin xarici görünüşünü vurğulayır. Möhtəşəm ergoComfort oturacaqları, sürücü və avtomobilin qabaq hissəsində əyləşən sərnişin üçün standart olaraq təklif olunur.


Daxili işıqlandırma

Salonunu sevdiyiniz rənglərlə doldurun

Ağ rəngdə olan seyrək, yumşaq, işığın sayəsində, Volkswagen Touareg avtomobilin salonunda xoş atmosfer yaranır. İstəyinizə əsasən, digər rənglər də istifadə oluna bilər: sizin və ya sərnişinlərin əhvalından asılı olaraq, 30 rəngdən birini seçə bilərsiniz. Dərin yaşıl, zərif mavi yoxsa parlaq qırmızı rəngə üstünlük verirsiniz? Cihazlar paneli, mərkəzi konsol və qapılar istədiyiniz rənglə işıqlandırılacaq. Seyrək işıqlandırma da istifadə oluna bilər. Üstəlik, avtomobilinizdə Innovision Cockpit rəqəmsal cihaz paneli quraşdırılıbsa, seçdiyiniz rəng ekranlarda da əks olunacaq.

Rahatlıq

Volkswagen Touareg ən yüksək səviyyədə rahatlığı təmin edir. Geniş salonu, yüksək keyfiyyətli işləmə materiallarını və innovativ texnologiyaları qiymətləndirin.

Salonun transformasiyası üçün variantlar

Yeni məkan ölçüsü

YENİ Volkswagen Touareg-in əla idarəetmə sistemi və geniş salonu sizin yolda tam rahatlığınızı təmin edəcək. Həcmli baqaj bölməsi, habelə, 40:20:40 nisbətində bölünmüş qatlanan söykənəcəyi olan, çəkilib açılan arxa oturacaqlar YENİ Volkswagen Touareg-in daxili məkanını rahat və mobil edir. Elektrik intiqalla təchiz olunmuş baqaj bölməsinin qapısını açmaq və ya bağlamaq üçün, sadəcə düyməyə basmaq kifayətdir. Opsiya kimi təklif olunan, kəmər və ştanqa ilə təsbit edən istiqamətləndiriciləri, habelə, ikitərəfli yük yeri döşəməsi olan baqaj bölməsinin təsbit edilməsi sistemi sizə istənilən məsafədə səfər üçün hazırlaşmağa kömək edəcək.

Baqaj bölməsinin həcmi kifayət etmədikdə, damdakı reylinqlədən istifadə etmək olar. Yükün yerləşdirilməsi üzrə xüsusi sistem sayəsində, onları böyük baqajın, məsələn, velosipedlərin, xizəklərin və ya baydarkaların daşınması üçün də istifadə etmək olar*. Qara və ya gümüşü rəngdə olan, anodlaşdırılmış alüminium profildən hazırlanmış reylinqlər, sizin Volkswagen Touareg-in ifadəli idman görünüşünü hətta təyinatı üzrə istifadə edilmədikdə belə vurğulayır.

* Daşınan yükü mütləq etibarlı şəkildə bərkidin.

ergoComfort oturacaqları

İstirahət etmək üçün 18 variant

ergoComfort oturacaqları, səyahətinizin davam etdiyi müddətdən və onun keçdiyi yoldan asılı olmayaraq (istər dolaşıq serpantin, istərsə də monoton avtomobil yolunda), rahatlığı təmin edir. 18 istiqamət üzrə tənzimləmə imkanları sayəsində, siz oturacaqları sürücünün və qabaq sərnişinin fərdi tələbatlarını nəzərə alaraq, o cümlədən yan dəstəyi, yastığın uzunluğunu, habelə, oturacağın hündürlüyünü və enmə dərinliyini tənzimləyə bilərsiniz. Elektrik tənzimləmələri ilə təchiz olunan bel dayağı, bel əzələlərinə düşən gərginliyin qarşısını alır. Oturacaqlar, soyuq və ya isti havada ideal komfort yaradan isitmə və havalandırma funksiyaları və opsional olaraq, 8 işləmə rejimi olan masaj funksiyası ilə təchiz olunub.

Qapı bağlayıcıları

Avtomatik cazibə

Volkswagen Touareg-in qapıları avtomatik şəkildə çəkilir və, qıfılları blok etmədən, elektrik intiqalı sayəsində asanlıqla bağlanır. Heç bir əlavə gücə ehtiyac yoxdur, qapıları hərəkətə gətirmək yetər.

Air Care Climatronic klimat kontrol

Axı, hər kəsin öz rahat temperaturu fərqli olur

Sərnişinlərin hər biri üçün ideal iqlimi təmin edin. Siz, Volkswagen Touareg-in salonunda iki və ya dörd zonalı temperatur idarəsi olan Climatronic iqlim sisteminin yaratdığı rahat mühiti layiqincə qiymətləndirəcəksiniz. Sürücü və qabaq sərnişin, habelə, arxada oturan sərnişinlər, iqlim zonalarının parametrlərini ayrı-ayrılıqda tənzimləyə bilərlər. Allergiyaya meylli olan insanlar üçün havanı çiçək tozundan təmizləyən antiallergen filtr quraşdırılıb.

Easy Open /Easy Close yük yerinin açılması və bağlanması funksiyası

Hər şey sadədir

Əlləriniz məşğuldur? Easy Open funksiyası sayəsində, baqaj bölməsinin qapısının qıfılını açmaq üçün arxa bamperin altında sadə bir ayaq hərəkəti etməyiniz kifayətdir. Onu bağlamaq üçün isə, qapının daxili hissəsindəki düyməyə basmaq lazımdır.

Innovision Cockpit innovativ rəqəmsal panel

Innovision Cockpit rəqəmsal paneli Volkswagen Touareg-in ən parlaq xüsusiyyətlərindən biridir.

Innovision Cockpit

Gələcəkdən gəlmiş idarəetmə mərkəzi

Volkswagen-də ilk dəfə tətbiq olunan və sürücüyə yönəldilmiş Innovision Cockpit Digital Cockpit, rəqəmsal innovativ cihazlar panelindən və yanında yerləşən, şüşədən hazırlanmış, qabaq paneli əyilmiş məlumat-əyləncə sistemindən (əyilmiş displey) ibarətdir. Sistem maksimal rahatlığı təmin edir: mexaniki açarlar, düymələr və digər ənənəvi idarəetmə üsullarından istifadə etməyə ehtiyac yoxdur. Sistem, toxunuş, jestlər və səs əmrləri vasitəsilə idarə oluna bilər. Monitorun böyük səthi çoxsaylı funksiyaların əks olunması üçün istifadə edilir. Siz, sevdiyiniz fotoşəkilləri və ya ən çox istifadə olunan funksiyaları təsbit edərək, "əsas" ekranı tənzimləyə bilərsiniz. Miqyası dəyişdirmə imkanı, standart spidometrlər və ekranlarda mövcud olmayan, cihazları böyütmək funksiyası ilə təchiz edilib.

Innovısıon Cockpit rəqəmsal cihazlar paneli - rəqəmsal cihazlar panelindən və naviqasiya funksiyasına malik olan Discover Premium məlumat-əyləncə sistemindən ibarətdir. Onları, simsiz enerjiyığma imkanına və dörd ədəd USB portuna malik olan Business mobil telefonun qoşulması üçün nəzərdə tutulan interfeys tamamlayır. Sistemə App-Connect proqramı inteqrasiya edilmişdir. Bu proqram, tətbiqlərin, smartfonunuzdan böyük sensor monitoruna köçürülməsi üçün istifadə olunur. Sistem, MirrorLink®, Apple CarPlay™ və Android Auto™ texnologiyaları dəstəkləyir. Səfər zamanı sərnişinləriniz də, planşetləri və ya smartfonları vasitəsilə, məlumat və əyləncə proqramlarını tapa biləcəklər. Volkswagen Media Control proqramı, musiqi kanalını arxa oturacaqlardan seçməyə və ya naviqasiya sistemini qabaq sərnişin oturacağından idarə etməyə imkan verir. Salonun qabaq və arxa hissəsində mobil qurğuların enerji yığması və məlumatların ötürülməsi üçün nəzərdə tutulan USB-portlar var.

Discover Premium məlumat-əyləncə sistemi

Məlumat-əyləncə sisteminin yeni imkanlarını qiymətləndirin

Əlavə opsiya olaraq təklif olunan, 15 düym diaqonala malik çox böyük sensor monitora sahib olan Discover Premium məlumat-əyləncə sistemi, geniş idarəetmə imkanları əldə etmişdir və məlumatları ekrana daha böyük həcmdə çıxarmağa imkan verir. MirrorLink®, Apple CarPlay™ və Android Auto™ texnologiyalarının dəstəkləndiyi App-Connect tətbiqindən istifadə edərək, siz, seçdiyiniz tətbiqləri mobil telefonunuzdan Discover Premium sisteminin ekranına köçürə bilərsiniz. Bu innovativ ekran əlavə diqqət cəlb edir və funksiyaları toxunuş, jestlər və ya səs əmrləri ilə idarə etməyə imkan verir. Yanaşı opsiya paketinə, həmçinin, simsiz enerji yığma imkanına malik Business mobil telefon qoşmaq üçün interfeys daxildir. Telefona enerji yığmaq üçün, onu xüsusi bölməyə yerləşdirmək kifayətdir.

Digital Cockpit rəqəmsal cihazlar paneli

Məhz Sizə lazım olan məlumatları görürsünüz

Digital Cockpit rəqəmsal cihazlar paneli, sürəti, taxometri və yanacaq səviyyəsini əks etdirməyə imkan verməklə yanaşı, 12,3 düymluq yüksək icazəli ekranda çıxarılan məlumatları sizin üçün rahat şəkildə tənzimləyə imkan yaradır.

Head-Up proyeksiya ekranı

Diqqətiniz yalnız yolda olsun

Hər şey çox sadədir: sifariş üçün təklif olunan proyeksiya ekranı qabaq şüşəni ən mühüm məlumatların əks etdirilməsi üçün ekran kimi istifadə edir. Sürət, köməkçi sistem bildirişləri və ya naviqasiya məsləhətləri, diqqətinizi yayındırmır. İşıqlandırma istifadə edildikdə, görüntü daha aydın olur, zərurət yarandıqda isə, şüşənin yerini tənzimləmək mümkündür.

Multimedia sistemləri

Radio və naviqasiya sistemi funksiyalarının, habelə, həcmli səsə malik audio sisteminin jestlər vasitəsilə asanlıqla idarə edilməsi.

Business mobil telefonu üçün interfeys

Sadə dildə desək

Sifariş üçün mövcud olan, Business mobil telefonunu qoşmaq üçün nəzərdə tutulmuş paket, hərəkət zamanı qadjetdən rahatlıqla istifadə etməyə imkan verir. Tavanın panelinə quraşdırılmış rəqəmsal səs işlənməsi prosessoru, yüksək texnoloji mikrofon və avtomobilin öz dinamikaları sayəsində, səs mükəmməl şəkildə ötürülür. Xarici antenaya qoşulma, hətta siqnal zəif olduqda belə qəbulun keyfiyyətini yaxşılaşdırır. Paketdə, həmçinin, telefonun Qi standartını dəstəkləyə biləcək simsiz enerjiyığma gurğusu quraşdırılıb. Bundan əlavə, küçədə aparılan telefon danışıqları yüksək rabitə sisteminə və keçirilə bilər. Sistemi, səs əmrləri, çoxfunksiyalı sükan çarxı və ya məlumat- əyləncə sisteminin interfeysi vasitəsilə idarə edə bilərsiniz. 


App-Connect funksiyası

Volkswagen Touareg avtomobilinizin mobil tətbiqləri

App-Connect3 funksiyası sayəsində, mobil telefonunuzu Volkswagen Touareg məlumat-əyləncə sisteminə qoşub, bir sıra mobil tətbiqlərdən istifadə edə bilərsiniz.*

* Həmin sistemlərin performansına zəmanət verilmir, çünki o, istifadəçinin cihaz modelindən asılıdır.

Sürücünün elektron köməkçiləri

Volkswagen Touareg ən yeni "sürücü köməkçiləri" olan elektron köməkçi sistemlərlə təchiz olunur ki, onlardan bəziləri ilk dəfə olaraq Volkswagen brendinin avtomobillərində istifadə olunur.

Traffic Jam Assist tıxaclarda hərəkət köməkçisi

Özünüzü hətta tıxaclarda belə rahat hiss edin

Hətta yol tıxaclarında belə daha çox rahatlıq: sifariş üçün mövcud olan hərəkət köməkçisi yol tıxaclarında rahat yarımavtomatik idarəetmə təklif edir, habelə, yavaş hərəkət edən axına xas olan toqquşmalardan uzaq durmağa kömək edir. Sistem, avtomobili sərbəst şəkildə hərəkət zolağında saxlamaq, habelə, akseleratorun və əyləcin fəaliyyətinə nəzarət etmək qabiliyyətinə malikdir.

Intersection Assist yol kəsişmələrindən keçid köməkçisi

İndi siz, tinin arxasında sizi nəyin gözlədiyini görə bilərsiniz

Sifariş üçün mövcud olan Intersection Assist yol kəsişmələrindən keçid köməkçisi, avtomobilin qabaq hissəsində quraşdırılmış radar vericilərindən istifadə edir. Sürət 30 km/saat-dək olduqda, onlar avtomobilin qabağındakı məsafəyə nəzarət edir və, vizual və səs siqnallarının köməyi ilə, eninə istiqamətdə hərəkət edən nəqliyyat vasitəsi aşkar edildiyi zaman sizi xəbərdar edir.1 Yaxınlaşan avtomobil görünüş sahəsindən kənardadırsa və sizin Volkswagen Touareg 10 km/saat-dək sürətlə hərəkət edirsə, toqquşmanın qarşısının alınması üçün qəza əyləci işə düşə bilər.1 Beləliklə, yol kəsişmələrindən keçid köməkçisi sizə "kor" zonalardan çıxış zamanı və görünüş sahəsi məhdud olan yol kəsişmələrindən keçid zamanı kömək edir.

Sürətin tənzimlənməsi funksiyası ilə adaptiv kruiz kontrol

Məsafə saxlayın

Sürətin tənzimlənməsi funksiyası ilə adaptiv kruiz kontrol sizə istədiyiniz maksimal sürət həddini təyin etmək imkanı verir. Sistem sizə onu qoruyub saxlamağa və aşmamağa kömək edir. Bundan əlavə, sistemin imkanları daxilində, sizin və qabaqda hərəkət edən avtomobilin arasındakı minimal məsafə avtomatik olaraq qorunub saxlanılır.

Park Assist parketmə avtopilotu

Mükəmməl parketmə

Əlavə opsiya kimi mövcud olan Park Assist parketmə avtopilotu paralel və perpendikulyar parketmə üçün uyğun olan yerlər aşkar edir və hətta sükan idarəetməsinə, parketmə prosesi başa çatanadək nəzarət etməyə qadirdir. Sistem, həmçinin avtomobili, paralel parketmə yerindən sərbəst şəkildə çıxara bilər. Etməli olduğunuz tək şey – mufta, akselerator və əyləc pedallarına basıb, avtomobilin ətrafında olan məsafələrə nəzarət etməkdir. Paralel parketmənin şərti: əvvəlcə siz müvafiq yerin yanından keçməlisiniz ki, sistem onun ölçülərini qiymətləndirə bilsin.

Texnologiya və innovasiyalar

İnnovativ texnologiyalar Volkswagen Touareg-i müstəsna hərəkət etdirici keyfiyyətlərlə təchiz edir. O, həm idman üslubu həm də yolsuzluq səfərləri üçün uyğundur.

Pnevmatik asqı

Həmişə lazım olan hündürlükdə

Pnevmatik asqı, sözün əsl mənasında hərəkət zamanı ən yüksək rahatlıq səviyyəsini təmin edir. Seçdiyiniz idarəetmə rejimindən (COMFORT, NORMAL və ya SPORT) asılı olmayaraq, Volkswagen Touareg sizə səfərin necə olacağına qərar verməyə imkan yaradacaq. Bundan əlavə, banı qaldırmaq və 300 mm-ə qədər artırılmış klirensi də quraşdırmaq olar. Bununla yanaşı, yükləmələrin və boşaltmaların asanlaşdırılması üçün banın arxa hissəsini standart vəziyyətə nisbətən 50 mm aşağı salmaq olar.

Qabaqlayıcı müdafiə sistemi

Sürücü və sərnişinlər üçün qabaqlayıcı müdafiə sistemi

Təhlükənin aşkar edilməsi üçün, sistem avtomobilin müxtəlif sistemlərindən və verici qurğularından, habelə, köməkçi sistemlərin göstəricilərindən istifadə edir. Qəza təhlükəsi aşkar edildiyi zaman sistem, vəziyyəti nəzərə alaraq, təhlükəsizlik tədbirlərini işə salacaq: qabaq oturacaqların təhlükəsizlik kəmərləri dartılır, qapılar kilidlənir, pəncərələr və damın lyuku isə bağlanır.

Arxadan gələn təhlükə aşkar edildikdə, sistem dərhal yanıb-sönən qəza işıq siqnalizasiyasını aktiv edir.

Off-road yolsuzluq paketi

Yolsuzluqda əminliklə hərəkət edin

Off-road paketinə çətin şəraitdə hərəkəti davam etdirməyə imkan verən bir sıra əlavələr daxildir. Onların sırasına avtomobil dibinin əlavə müdafiəsi, habelə, daha uzaq məsafələrə getməyə imkan yaradacaq, həcmi 90 litrə qədər artırılmış yanacaq çəni daxildir.