Bu, Volkswagen-in ban təmiri üzrə tam xidmət kompleksi, avtomobilin dəyərinin və istismar keyfiyyətlərinin qorunub saxlanması, işləməsi, ehtiyat hissələrinə, lak- boya və anti-korroziya örtüklərinə dair zəmanət deməkdir. Xüsusi avadanlıq, material, proses və hər bir xırdalığa xüsusi diqqət edən yüksək ixtisaslı peşəkar işçi heyəti.
Yalnız Volkswagen ban təmirinin həyata keçirilməsi sahəsində lazımı ekspertizaya malikdir
Ban təmirinin hər bir mərhələsi üzrə ətraflı məlumatların olduğu istehsalçı portallarına keçid;
Ban təmiri üzrə bütün texnologiyalara və proseslərə ciddi riayətetmə;
Daimi əsaslarla Volkswagen brendi tərəfindən ban təmiri üzrə texnologiyalara riayət edilib- edilmədiyinə nəzarət
Orijinal ehtiyat hissələrinin istifadə edilməsi Volkswagen-in təhlükəsiz istifadəsini təmin edir
Diler təmir zamanı ban üçün yalnız orijinal ehtiyat hissələrindən istifadə edir;
Orijinal detalların istifadə edilməsi ilə təmir avtomobili ilkin zavod vəziyyətindəki halını bərpa etməyə imkan verir və təkrar yol- nəqliyyat hadisəsi zamanı zədələnmələrin həcminin artmasının qarşısını alır;
Orijinal ehtiyat hissələrinin istifadə edilməsi sürücü və sərnişinlərin təhlükəsizliyini yüksək səviyyədə qoruyub saxlamağa imkan verir.
Ban təmirinin qiyməti sondur və bu qiymətə keyfiyyətli təmir üçün lazım olan hər şey daxildir
Dilerdə ban təmirinin dəyərinə işlər, ehtiyat hissələri, lak- boya materialları və birdəfəlik quraşdırma detalları daxildir;
Ban təmirinin dəyəri işlər görülməzdən öncə, gizli qüsurların nəzərə alınması ilə, razılaşdırılır;
Müştəri ban təmiri kalkulyatorundan istifadə etmək imkanına malik olur ki, bu kalkulyator seçilmiş dilerdə ban təmiri dəyərini hesablamağa imkan verir
Yalnız təsdiq edilmiş avadanlıqların və tövsiyə edilmiş materialların istifadə edilməsi ilə keyfiyyətli ban təmirini həyata keçirmək mümkündür
Diler yalnız Volkswagen avtomobilləri üçün uyğunlaşdırılmış avadanlıqdan istifadə edir (yeni model alüminium banlarının təmiri üçün avadanlıq da daxil olmaqla);
Yalnız bütün dünyada məşhur olan omoloqasiya olunmuş lak- boya materialları istifadə olunur (ən son tərtibatlar da daxil olmaqla) ki, bu da avtomobilin uzun müddət və problemsiz istifadəsinin təminatıdır.
Ban təmirinin bütün mərhələlərində keyfiyyətə ciddi riayət edilməsi ilə keyfiyyətlə görülmüş ban işləri
Diler ban təmirinə bir illik zəmanət verir;
Dilerdə ban təmiri avtomobilə verilmiş zavod zəmanətinə təsir göstərmir;
Hər bir avtomobilin ban təmirinin keyfiyyətinin servis proseslərinə uyğun olaraq yoxlanması;
Volkswagen brendi tərəfindən ban təmirinin keyfiyyətinə seçmə nəzarət
Volkswagen orijinal ehtiyat hissələrinin nəyə görə təhlükəsizliyiniz üçün əhəmiyyətli olduğu barədə daha çox öyrənin.
Yol nəqliyyat hadisəsi baş verdiyi halda, Volkswagen orijinal ban detalları sürücü və sərnişinlərin maksimal təhlükəsizlik dərəcəsini və təmir müddətini əhəmiyyətli dərəcədə azaldaraq, korroziyaya qarşı yüksək dayanıqlığı təmin edir. Məhz buna görə, avtomobilləri istehsal edərkən, Volkswagen konserni, mürəkkəb istehsalat proseslərini tətbiq edərək, ən müasir materiallardan və innovativ texnologiyalardan istifadə edir
Sizin Volkswagen-in qüsursuz xarici görünüşü.
Lak boya örtüyü ban təmiri keyfiyyətinin qiymətləndirilməsi zamanı ən vacib amillərdən biridir, buna görə, boyama, texnoloji proses və qurutma üçün keyfiyyətli materiallardan istifadə etmək son dərəcə əhəmiyyətlidir. Volkswagen şirkəti Glasurit, RM, Cromax, Standox, Spies Hecker, Sikkens, PPG, Nexa Autocolor kimi aparıcı lak- boya materialları istehsalçıları ilə əməkdaşlıq edir və informasiya qarşılıqlı əlaqəsini həyata keçirir ki, bu da boyama üzrə işləri ən yüksək keyfiyyətlə həyata keçirməyə imkan verir. Volkswagen diler müəssisələrində məhz bu cür materiallar istifadə edilir.