Menu

Yeni Volkswagen Tiguan

Həmişə olduğundan daha güclü, rahat və yenilikçi olan YENİ Volkswagen Tiguan üstünlüklərini nümayiş etdirməyə hazırdır. Ağıllı sistemlər ona müstəsna qabiliyyətlər bəxş edir. Yenilənmiş yolsuzluq avtomobilinin əla dinamikası mümkün olanı məhz sizə həll etməyə imkan verəcəkdir.

Dizayn və interyer

Görünüş

Zərif yolsuzluq avtomobilinin mükəmməl dizaynı göz oxşayır. YENİ Volkswagen Tiguan-ın mükəmməl ölçüləri, dəqiq xətləri və təəccüblü silueti onun güclü tərəflərini vurğulayır - yenilik, güc və qəti funksionallıq.
 

Optika

YENİ Volkswagen Tiguan dinamik dönmə işıqları olan LED faralar və Light Assist, uzaq işıqdan yaxın işığa avtomatik keçid köməkçisi ilə təmin olunur. Onların fərqləndirici xüsusiyyəti dinamik istiqamət göstəriciləridir ("qaçış zolağı").
 

Disklər

Təkər disklərinin geniş çeşidi YENİ Volkswagen Tiguan üçün zövqünüzə görə mükəmməl seçim etməyə  imkan verəcəkdir.
 

İnteryer

YENİ Volkswagen Tiguan-ın geniş salonu müxtəlif bəzək rəngləri və oturacaqların üzlük variantları ilə yanaşı salonun xüsusi işıqlandırması ilə də təmin olunur.

Xüsusi işıqlandırma

İndi hər gün YENİ Volkswagen Tiguanınızı 30 rəngdən ibarət xüsusi  işıqlandırmanın köməyilə ilə yeni işıqda görəcəksiniz. Yolun harasında olursunuzsa olun - işıqlı meqapolisdə  və ya gecə vaxtı kənd yolunda - özünüz üçün uyğun atmosfer yarada bilərsiniz.
 

İnnovasiyalar və texnologiya

Rəqəmsal alətlər paneli

10.25 ”-lük konfiqurasiya edilə bilən rəqəmsal idarəetmə paneli  avtomobilin ən rahat şəkildə idarə edilməsi  üçün sizin seçiminizə uyğun quraşdırılır.

Yeni multimedia sistemi

9.2 düymədək ekranı olan yeni Discover Pro multimedia sistemi səs və jestlə idarə oluna bilər. Sistemə əvvəlcədən xəritələr quraşdırılmışdır, həmçinin, AppConnect funksiyası mövcuddur.
 

Sensorlu iqlim-nəzarət

Sərnişinlər sərinliyə üstünlük verirlər, siz istiliyi sevirsiniz? Üç zonalı Climatronic iqlim-nəzarət sürücü, qabaq sərnişin və arxada oturan sərnişinlərə bir-birindən asılı olmayaraq istiliyi təyin etməyə imkan verir. Yeni kondisioner sistemi intuitiv olaraq başa düşüləndir və sensor interfeysi istifadə etməklə asan idarə olunur.
 

Telefon üçün simsiz doldurma cihazı

Artıq telefonunuzu yolda asanlıqla doldura bilərsiniz, çünki artıq kabel axtarmağa və birləşdirməyə ehtiyac qalmır.

Sürücüyə elektron yardım vasitələri və təhlükəsizlik sistemləri

Front Assist

Front Assist ilə YENİ Volkswagen Tiguan qəzanın qarşısını almaqda və ya onun şiddətini əhəmiyyətli dərəcədə azaltmağa kömək edəcəkdir. *


*Front Assist-in işində məhduddiyətlər var. Lütfən, istifadə etməzdən əvvəl istismar üzrə təlimat kitabçasını oxuyun.
 

Adaptiv kruiz-nəzarət

Adaptiv kruiz nəzarəti əvvəlcədən təyin olunmuş məsafədə irəlidə gedən avtomobilin arxasınca hərəkət etməyə kömək edir. Onun sürəti dəyişərsə, YENİ Volkswagen Tiguan sürətinizi müvafiq olaraq azaldar və ya artırar. *


* Adaptiv kruiz-nəzarətin işində  məhduddiyətlər var. Lütfən, istifadə etməzdən əvvəl istismar üzrə təlimat kitabçasını oxuyun.
 

PreSafe sistemi

Sistem sensor məlumatlarını təhlil edir və alınan məlumatlara əsasən qəzaya səbəb ola biləcək vəziyyəti müəyyənləşdirir. Belə halda, sürücü və qabaq sərnişinin təhlükəsizlik kəmərlərini əvvəlcədən tarımlamaq  əmri verilir, pəncərələr və damın lyuku avtomatik olaraq bağlanır.
 

IQ. Drive – sürücünün elektron köməkçiləri

YENİ Volkswagen Tiguan opsional  IQ.Drive sürücünün elektron köməkçi paketi ilə təchiz edilə bilər.
Paketə* aşağıdakılar daxildir:
adaptive kruiz-nəzarət

zolaq ilə hərəkət köməkçisi Lane Assist 
sürücüdən görüntünün bağlı  nöqtələrinə nəzarət sistemi Side Assist

geri istiqamətdə hərəkət edərkən toqquşma xəbərdarlıq sistemi Rear Traffic Alert

Park Assist parklama köməkçisi

Area View dairəvi görüntülük sistemi

*Paketin tərkibi müxtəlif konfiqurasiyalar üçün fərqlidir

Daha Ətraflı