Dizayn və interyer

Xarici görünüş

YENİ Volkswagen Taos texnoloji və sürətli bir dizaynla qarşınızdadır: Güclü relyefə malik kapot, LED işıqlarla çalışan dinamik rəsm və loqotipin hər iki tərəfindən keçən işıq zolağı

Parlaq dekorativ zolaqlar

Volkswagen loqotipindən sağ və sola xarici işıq zolaqları ayrılır. Yeni Taos fərdiliyini tam qaranlıqda və istənilən havada qoruyur!

LED işıqlar

Yeni Taosun adaptiv LED işıqları intellektual iş alqoritmləri sayəsində günün istənilən vaxtı və hər cür hava şəraitində yolun işıqlandırılmasının öhdəsindən mükəmməl şəkildə gələcək.

Salonun atmosfer işıqlandırılması

Daxili işıqlandırma elementləri alətlər paneli və qapılar boyunca keçir. Mövcud olan 10 rəngdən birini əhvalınıza uyğun seçin və ya əhvalınızı bu rənglərlə dəyişin.

Oturacaqlar

ArtVelours materialından hazırlanan oturacaqlar şık görünüşə malik olub toxunuş zamanı xoş təəssürat bağışlayır.

İnnovasiyalar və texnologiya

Rəqəmsal alətlər paneli

İnnovativ alətlər panelinin köməyi ilə cihazların ölçülərini tənzimləyərək mühüm parametrləri (sürət, yanacaq sərfi və elektron köməkçilərin işi) izləyə bilərsiniz.

Sürücüyə elektron yardım vasitələri və təhlükəsizlik sistemləri

IQ.light adaptiv işıqlandırma sistemi

İQ light istənilən hərəkət və hava şəraitinə mükəmməl uyğunlaşaraq  uzaq və yaxın işığın avtomatik dəyişmə funksiyasına malikdir. Ağıllı işıqlandırma istənilən yolda maksimal görünmə təmin edərək qarşıdan gələn avtomobil sürücülərinin göz qamaşmasının qarşısını alır.

Park Assist parkinq köməkçisi

Park Assist parkinq prosesini maksimal rahatlaşdırır. Sistem işə salındığı zaman Yeni Volkswagen Taos giriş və/və ya çıxış üçün lazımi trayektoriyanı hesablayaraq təkərləri tam zamanında ideal bucaq altında çevirəcək.

Zolaqda hərəkət köməkçisi Lane Assist

Lane assist vizual, səsli və/və ya toxunuş xəbərdarlıqlarının köməyi ilə zolaqdan kənara təsadüfi çıxışın qarşısını alır. Bundan başqa, sistem sükanı diqqətlə tənzimləyərək hərəkət zolağınızda qalmağınıza imkan yaradır.

Adaptiv kruiz nəzarəti sistemi

Adaptiv kruiz nəzarəti sistemi irəlidə hərəkət edən avtomobillə məsafəni tənzimləməyə imkan verir. İrəlidəki avtomobilin sürəti dəyişərsə, yeni Volksvagen Taos seçilmiş məsafəni saxlamaq üçün müvafiq olaraq sürəti azaldacaq və ya artıracaqdır.

Kor zonaların nəzarət sistemi Side Assist

Side Assist, yolun hər iki tərəfindəki "kor zonada" hərəkət edən avtomobilin olması barədə xəbərdarlıq edərək, zolaq dəyişdirmə prosesini asanlaşdırır. Sistem yolda olan hərəkətsiz obyektləri də izləyir: park edilmiş avtomobillər, maneələr.

Yeni avtomobillərə zəmanət

Mühərriklər və sürətlər qutusu

Yeni Volkswagen Taos -u iki mühərrik variantı ilə əldə edə bilərsiniz:

  • Atmosfer 110 a.g mexaniki sürətlər qutusuna (5-MSQ) və ön ötürücülüyə malik

  • Avtomatik sürətlər qutulu 150 a.g malik turbo: 8-ASQ ön ötürücülü və ya 7-ASQ və 4Motion tam ötürücülü