Bu avtomobil qürurla öz əfsanəvi adını qoruyub saxlayır. Volkswagen Polo artıq uzun illərdir ki, öz sahiblərini ən yüksək səviyyədə xidməti ilə sevindirir. Hər gün daha müasir, daha inamlı və daha komfortlu olur.

Dizayn və interyer

Xarici görünüş

Tamamilə yeni dizayn

Yeni Polo Azərbaycanda yeni Volkswagen loqotipli ilk model oldu. Yeni Polo-nun xarici görünüşünü təkmilləşdirilmiş radiator qəfəsi, yeni ön bamper, arxa diffuzor və tamamilə yenilənmiş LED optika fərqləndirir.

 

İnteryer

Əla erqonomika və yeni həllər

Bütün yeni nəsil avtomobillər App-Connect dəstəyi ilə Composition multimedia sistemi və 6.5 və ya 8 düym diaqonallı sensorlu monitorla təchiz edilir. Yeni Polo-nun interyerində yeni dekorativ panellər, habelə, Exclusive komplektasiyasından başlayaraq, qabaqdan ayaq yerinin xoş işıqlandırması mövcuddur

 

Komfort

Hər bir versiyada yeni dizayn

YENİ Polo-nun hər bir komplektasiyasında  oturacaqların özünəməxsus işlənməsi, habelə, ön panelin, qapıların və mərkəzi konsolun dekorativ taxmalarının unikallığı avtomobilin interyerini tamamlayır.

 

Optika

Yeni Polo-da ön hissədən komplektasiyadan asılı olaraq, reflektor və ya projektor tipli LED fənərlər ilə təchiz edilir. Duman fənərlərinin funksiyası ümumi bloka inteqrasiya edilib.

Arxa işıqlar

Arxa LED işıqlarının dizaynı da tamamilə yenilənib, indi onlar iki hissədən ibarətdir ki, onlardan ikincisi yük yerinin qapağında yerləşdirilib və işləkdir

Rahatlıq

Liftbek

Yük yerinin həcmi artırıldı

İndi Polo yeni Liftbek BANI ilə təqdim olunur ki, bu da iri əndazəli yüklərin yüklənməsi və daşınması imkanlarını artırır.

Çoxfunksiyalı sükan

Yeni loqotipli yeni sükan

Yeni Polo-ya seriya şəklində yeni dizaynda sükan çarxı quraşdırılır. Bütün komplektasiyalarda sükan çarxı çoxfunksiyalıdır, dəri ilə işlənir və qızdırma funksiyasına malik olur.

 

Arxa görüntü kamerası

Zövqlə park edin

Volkswagen loqotipinə uyğun inteqrasiya edilmiş Rear View arxa görüntü kamerası multimedia sistemi monitorunda avtomobilin arxasındakı pis görünən sahəni əks etdirir. Görüntüləmə səs siqnalları ilə müşayiət olunur. Bu, avtomobilin park edilməsini və geriyə hərəkətini asanlaşdırır. Və ən əsası, o, həmişə təmiz qalır.

 

Rəqəmsal alətlər paneli

Bütün lazım olanlar indi göz qabağındadır

Yeni Polo-da daha çox rəqəmsal səthlər var. Exclusive komplektasiyasında baza olaraq rəqəmsal alətlər paneli yerləşdirilib. Yüksək keyfiyyətli və 26 sm diaqonallı monitor (10.25 düym) adi alətlər panelini və spidometri əvəz edir.

Composition

Multimedia səs sistemi

Rəngli 8 düymlük sensorlu ekrana malik Composition səs sistemi, sevimli musiqidən zövq alaraq, səyahətdən daha çox həzz almağa imkan verir. App-Connect interfeysi isə smartfonu Android Auto və ya Apple CarPlay standartları vasitəsilə asanlıqla qoşmağa və sistem monitorunun köməyi ilə tətbiqləri, kontaktları və musiqini idarə etməyə imkan verir.

Volkswagen Polo müasir mühərriklərlə təchiz edilir 

Yeni avtomobil zəmanəti