Menu

Yeni Volkswagen
Passat

Yenilənmiş Volkswagen Passat hər zaman bütün ehtiyacları qarşılaya bilən biznes sedan olaraq öz daxili keyfiyyətlərini qorumağı bacardı. Bununla bərabər, yenilənmiş dizayn avtomobilə daha çevik və idman üslubu verdi. Yenilənmiş Passat həm ciddi görüşlərin alicənab üzvü, həm də ailəvi səyahət və istirahət üçün ən yaxşı yol yoldaşıdır.

İnnovasiyalar və texnologiya
 

Aktiv DCC şassi nəzarəti

Hər detalda fərdiyyət

Yenilənmiş Passat-da geniş tənzimləmə qabiliyyətinə malik adaptiv idarəetmə sistemi asqı sərtliyini fərdi sürücülük xüsusiyyətlərinə uyğun şəkildə tənzimləyir.

Rəqəmsal alətlər paneli

Yalnız sizə lazım olan məlumatları əldə edin

İnteraktiv rəqəmsal idarəetmə paneli sürücünün ehtiyac duyduğu bütün məlumatları əks etdirir. 26 sm (10,25 düym) diaqonallı, yüksək keyfiyyətli monitor alətlər panelini və mexaniki sürətölçəni əvəz edir.

 

Area View dairəvi görünüş sistemi

Dörd kamera ətrafda baş verənləri göstərir

Area View sistemi manevr etməyi asanlaşdıraraq monitorda dörd kameranın əks etdirdiyi videoları göstərir. Kameralar avtomobil ətrafında baş verənləri hündürlükdən görməyə imkan verir.

Açarsız giriş və mühərrikin işə salınması

Keyless Access və Start/Stop

Keyless Access və Start/Stop sisteminin sayəsində açardan istifadə etməyə ehtiyac olmayacaq. Sürücünün qapısına toxunmaq kifayətdir. Keyless Access sistemi, radio siqnal vasitəsi ilə avtomobilin kilidini açır. Sizə qalan - düyməni basaraq mühərriki işə salmaqdır.

Rahatlıq

Salon

Hərəkət zamanı istirahət

İşgüzar səfərlər, dostlarla həftəsonu səyahətləri və ya ailə ilə uzunmüddətli tətil planlarınız üçün Passat-da hər kəs üçün yer var. İnteryerin xüsusi işıqlandırması isə avtomobil salonunu daha özünəməxsus edir.

ergoComfort oturacağı

İstənilən döngədə rahat və inamlı oturuş

14 istiqamətdə tənzimləməsi və masaj funksiyası olan ErgoComfort sürücü oturacağı onurğa sütununa düşən yükü azaldır. Asanlıqla sizin üçün ən rahat oturacaq vəziyyətini seçə bilərsiniz.

Climatronic üçzonalı klimat- kontrol

Səfəriniz üçün fərdi mikroiqlim yaradın

Hər kəsə uyğun temperaturun seçilməsi elə də asan deyil, xüsusilə avtomobildə çox sərnişin olduğu zaman. Üçzonalı klimat-kontrol funksiyası hər kəs üçün ideal mikroiqlimi tənzimləməyə imkan verəcək.

Panorama tavanı

Aydın perspektivlər. 

İstər ulduzlu gecə, istərsə də günəşli bir gün olsun - hərəkət edə bilən, panorama tavanı ilə təchiz olunmuş geniş salon, avtomobilin içərisində bənzərsiz mühit yaradacaq.

Texnologiya və yenilik

Yük yerinin Kontaksız açılması

Easy Open sistemi

"Easy Open" funksiyası ilə yük yerini açmaq üçün avtomobilin arxasına yaxınlaşaraq ayağınızı arxa bamperin altından keçirməyiniz kifayətdir.

 

Sürücünün yorğunluğunun təyin edilməsi sistemi

Fasilə edin

Yorğunlunun təyin edilmə funksiyası sükan arxasında əyləşən sürücünün yorğunluq dərəcəsini bildirmək üçün siqnal və vizual olaraq xəbərdarlıq edərək fasilə verməsini tövsiyə edir. Funksiya mövcud vəziyyətə dair sürücünün müstəqil qərar verməsinə maneə olmur. 

Mühərriklər

TSİ = turbo ilə gücləndirilmiş benzin mühərriklər

Müasir benzin mühərrikləri

Qabaqcıl texnologiyalar və innovativ həllər Volkswagen şirkətinin fəlsəfəsində özünəməxsus yer tutur. Xüsusilə əgər söhbət mühərrikdən gedirsə. İnnovativ TSI benzin mühərrikləri özündə yüksək fırlanma momentini, əla dinamikanı və minimal yanacaq sərfiyyatını birləşdirir. Yenilənmiş Volkswagen Passat 150 at gücünə malik 1.4l TSI və ya 190 at gücünə malik 2.0l TSI benzin mühərriki ilə təchiz olunur.